Azərbaycan millisi Farer adalarında
Yığmaız UEFA Millətlər Liqasında 3-cü turun oyununu keçirmək üçün yollandığı Farer adalarına çatıb.
SportLine.az saytına Sportnet.az saytına istinadən xəbər verir ki, komandamız Heydər Əliyev Beynəlxalq Hava Limanından Danimarkanın paytaxtı Kopenhagenə gedib. Komanda oradan Farer adalarının paytaxtı Torshavna uçub. İki saatlıq uçuşun ardından komanda yerli vaxtla saat 24:00-da (Bakı vaxtı ilə saat 03:00) "Vogar" hava limanına enib.
Qeyd edək ki, millimizin Farer adaları ilə oyunu oktyabrın 11-də "Torsvollur" stadionunda keçiriləcək. Görüş saat 22:45-də başlanacaq.