Azərbaycan millisi Gümüş Avropa Liqasının oyunları üçün İsveçə yollanıb
Gümüş Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb.
Bu barədə Sportline.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma yarışdakı ilk matçını iyunun 6-da ev sahibi İsveç seçməsinə qarşı keçirəcək. Komandanın növbəti qarşılaşması iyunun 7-də baş tutacaq. Həmin gün rəqib Gürcüstan kollektivi olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı ikinci tur oyunları 13-15 iyun aralığında Bakıda, üçüncü tur isə 20-22 iyun aralığında Farer adalarında təşkil olunacaq.