Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək

Çimərlik voleybolu üzrə oğlanlardan ibarət Azərbaycan millisi Latviya açıq çempionatında iştirak edəcək.

Bu barədə Sportline.az-a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığma bu gün yarışın keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

Çimərlik voleybolçuları burada latviyalı mütəxəssis Atvars Vildenin rəhbərliyi ilə fevralın 23-dək təlim-məşq toplanışı keçəcəklər.