Azərbaycan millisi Qırğızıstan və Moldova ilə görüşəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq görüşü keçirəcək.
Sportline.az xəbər verir ki, rəqiblər sentyabrın 24-də Qırğızıstan, sentyabrın 27-də isə Moldova olacaq.
Bakı Olimpiya Stadionundakı hər iki qarşılaşma saat 19:00-da başlanacaq.