Azərbaycan millisi qrupda sonuncu matçını keçirəcək

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan komanda Monteneqro ilə üz-üzə gələcək.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.

Görüş Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, milli daha əvvəl keçirdiyi matçlarda Şimali İrlandiyaya və Albaniyaya 0:4 hesabı ilə məğlub olub.