Azərbaycan millisi Tbilisidə toplanışa başlayıb

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisi şəhərində təlim-məşq toplanışına başlayıb.

Bu barədə Sportline.az-a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Yığmanın hazırlıq prosesində yerli komandalarla bir neçə yoldaşlıq görüşü keçirməsi də planlaşdırılır.

Hazırlıq prosesində əsas məqsəd iyulun 25-dən - avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlaşmaqdır.

Qeyd edək ki, təlim-məşq toplanışının ilk mərhələsi iyunun -12-də yekunlaşacaq.