Azərbaycan millisi yoxlama oyunu keçirib
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi yoxlama oyunu keçirib.
Sportline.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Emil Usubov (67), Emil Həsənov (70) və Əhməd Vəliyev (85) vurublar.
Qeyd edək ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf Kuboku turnirində iştirak edəcək.