Azərbaycan millisinin hücumçusu karyerasını Polşada davam etdirəcək

Türkiyə təmsilçisi "Ankaragücü" ilə müqaviləsini ləğv edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, 25 yaşlı forvard "Radomyak"a keçir.

Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir. Hücumçu artıq Polşaya yollanıb.

Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədov da çıxış edir.