Azərbaycan millisinin məşqçi heyətinin təqdimatı baş tutub
Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən deflimpiya üzrə taekvondo millisinin məşqçi heyətinin təqdimatı keçirilib.
Bu barədə Sportline.az-a qurumdan məlumat verilib.
Tədbirdə ATF-nin baş katibi Aygül Abdullayeva tərəfindən Elmir Fərəcov komandanın baş məşqçisi, Rauf Rəhimov isə böyük məşqçi kimi idmançılara təqdim olunub.
Görüşdən sonra deflimpiya üzrə yığmanın ilk rəsmi məşqi keçirilib. Yeni məşqçi heyətinin rəhbərliyi ilə baş tutan hazırlıq prosesi komandada böyük ruh yüksəkliyi yaradıb.