Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib

Qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin təqvimi müəyyənləşib.

Sportline.az xəbər verir ki, final mərhələsi 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada təşkil ediləcək mundiala vəsiqə uğrunda mübarizə aparacaq Azərbaycan millisinin də oyunlarının tarixi bəlli olub.  Sentyabrın 17-dən yarışa start götürəcək komandamız seçmə mərhələdə 10 oyun keçirəcək.

2021-ci il
17 sentyabr

Rusiya - Azərbaycan

21 sentyabr
Azərbaycan - Danimarka

21 oktyabr
Monteneqro - Azərbaycan

26 oktyabr
Azərbaycan - Malta

25 noyabr
Azərbaycan - Rusiya

30 noyabr
Azərbaycan - Monteneqro

2022-ci il
7 aprel

Bosnia və Herseqovina - Azərbaycan

12 aprel
Danimarka - Azərbaycan

2 sentyabr
Malta - Azərbaycan

6 sentyabr
Azərbaycan - Bosnia və Herseqovina