Azərbaycan millisinin qapıçısının yeni klubu dəqiqləşib

Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynlinin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 34 yaşlı qolkiper "Araz-Naxçıvan"la anlaşıb.

Onunla 1 illik razılıq əldə olunub.

Qeyd edək ki, Rövşən Hüseynli iyunun 30-da Qazaxıstanın "Astana" komandasından ayrıldığını açıqlayıb. O, 2024-cü ilin yayında bu kluba keçmişdi.