Azərbaycan millisinin üzvü "Sabah"a keçir

"Sumqayıt"ın müdafiəçisi Tellur Mütəllimov klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib.

Sportline.az Fanat.az-a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu karyerasını digər Premyer Liqa təmsilçisində - "Sabah"da davam etdirməkdə maraqlıdır.

Masazır təmsilçisi ilə müqavilə şərtlərini razılaşdıran Tellur bu yay azad agent qismində Murad Musayevin komandasına qoşulacaq.

Qeyd edək ki, Mütəllimov Azərbaycan millisinin də üzvüdür.