Azərbaycan Premyer Liqası: Qərb derbisinin vaxtı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyun cədvəli məlum olub.

Sportline.az xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qarşılaşmalar üç günü əhatə edəcək. Sentyabrın 9-da bütün diqqətlər "Turan Tovuz" və "Kəpəz" arasında keçiriləcək Qərb derbisinə yönələcək. Görüş saat 16:30-da başlanacaq.

Ertəsi gün "Qəbələ" - "Neftçi", sentyabrın 11-də isə "Qarabağ" - "Sabah" qarşılaşmaları daha böyük maraqla izləniləcək.

9 sentyabr (cümə)

16:30. “Turan Tovuz” – “Kəpəz”

Tovuz şəhər stadionu

10 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Neftçi”

Qəbələ şəhər stadionu

20:30. “Səbail” – “Zirə”
“ASCO Arena”

11 sentyabr (bazar)

18:00. “Sumqayıt” – “Şamaxı”
“Kapital Bank Arena”

20:30. “Qarabağ” – “Sabah”
“Azersun Arena”

Qeyd edək ki, V tur 1 - 4 sentyabrda keçiriləcək.

Banner