Azərbaycan Premyer Liqasında 27-ci tur

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək. 

Sportline.az xəbər verir ki, turun bütün matçları eyni gündə və eyni saatda başlayacaq. "Səbail" "Qarabağ"ı, "Sabah" "Sumqayıt"ı, "Şamaxı" "Qəbələ"ni, "Zirə" "Neftçi"ni qəbul edəcək. 

"Zirə" və "Qəbələ" bu gün Konfrans Liqasına vəsiqəni təmin edə bilər. Hazırda 3-cü pillədə qərarlaşan  Rəşad Sadıqovun komandası qələbə qazanarsa, ən azı 4-cü yerin sahibi kimi avrokuboklara vəsiqəni rəsmiləşdirəcək. Həmçinin, "Qəbələ" bu gün  xal itirsə, "Zirə" qalib gələrək həm bürünc medalı, həm də avrokuboklara vəsiqəni təmin edə bilər. 

Bundan başqa, "Sabah" "Sumqayıt"a qalib gələ bilməsə, "Qəbələ" Şamaxı səfərində 3 xal qazanaraq Konfrans Liqasına vəsiqə təmin edə bilər.

Qeyd edək ki, "Qarabağ" 25-ci turda çempionluğu rəsmiləşdirib. 

15 may (bazar)

17:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
“ASCO Arena”

17:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

17:00. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Şamaxı şəhər stadionu

17:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Zirə İdman Kompleksinin stadionu