Azərbaycan Premyer Liqasında son turun cədvəli

Azərbaycan Premyer Liqasında XXXVI turun oyun cədvəli açıqlanıb.

Sportline.az xəbər verir ki, görüşlər iki günü əhatə edəcək.

Avrokuboklara iddia edən və elitada qalmaq uğrunda mübarizə aparan komandalar mayın 27-də meydana çıxacaqlar.

Mayın 28-də isə medalçılar çıxış edəcək və daha sonra mükafatlandırma mərasimi təşkil olunacaq. Tədbir “Azersun Arena” baş tutacaq.

Premyer Liqa

XXXVI tur

27 may (şənbə)

17:30. “Sumqayıt” – “Zirə”

“Kapital Bank Arena”

17:30. “Qəbələ” – “Kəpəz”

Qəbələ şəhər stadionu

20:00. “Səbail” – “Şamaxı”

“ASCO Arena”

28 may (bazar)

17:00. “Neftçi” – “Sabah”

“Bakcell Arena”

19:30. “Qarabağ” – “Turan Tovuz”

“Azersun Arena”

Banner