Millimiz məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.
SportLine.az xəbər verir ki, komandamız təlim-məşq toplanışı üçün Bakıya gələn Rusiyanın U-17 yığması ilə qarşılaşıb.
Qeyd edək ki, bu komandalar fevralın 25-də yenidən üz-üzə gələcək. Oyun Bakı Olimpiya stadionunda keçiriləcək.
23 fevral 2016
Yoxlama oyunu
Azərbaycan (U-17) – Rusiya (U-17) - 1:5
QOLLAR: Maqomed Suleymanov, 28-pen (0:1), Aleksandr Rudenko, 36 (0:2), Fərid Nəbiyev, 51 (1:2), Vyaçeslav Qrulev, 67 (1:3), İvan İqnatyev, 79 (1:4), Stanislav Latçeviç, 90+2 (1:5)
Bakı Olimpiya Stadionu