Azərbaycan seçməsi Avropa Kubokuna bu heyətlə yollanır

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. SportLine.az xəbər verir ki, kişilərdən ibarət yığmamızın baş məşqçisi Ruslan Maşurenko iyulun 14-15-də Almaniyada baş tutacaq Avropa Kubokunda 13 idmançıya şans verəcək.

Saarbrükkendə təşkil olunacaq yarışda Vüqar Şirinli, Mehman Sadıqov, Kəramət Hüseynov (hər üçü 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Rüstəm Orucov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov (hər üçü 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, qadınlardan ibarət yığmamız hələlik sifariş vərəqini göndərməyib.

Apasport.az