Azərbaycan seçməsi Avropa Kubokunda üç medal əldə etdi

Polşanın paytaxtı Varşavada kişi cüdoçular arasında açıq Avropa Kubokuna başa çatıb.
 
SportLineaz xəbər verir ki, yarışın ilk günündə 1 qızıl və 1 gümüş medal qazanan Azərbaycan millisi bu gün daha 1 mükafata sahib olub.
 
Medalı ölkəmizə Şahin Qəhrəmanov qazandırıb. +100 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz turniri 3-cü pillədə başa vurub. O, bürünc medal döyüşündə fransalı Messye Katanqanı məğlub edib.
 
Yekunda 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan millimiz komanda hesabında 35 ölkə arasında ikinci olub.
 
Qeyd edək ki, Qəhrəmanovdan öncə Oruc Vəlizadə (60 kq) birinci, İbrahim Əliyev (66 kq) ikinci yeri tutub.

Azərbaycan Cüdo Federasiyasının məlumatı