Tokio 2020: Azərbaycan tarixində ilk
Azərbaycana Tokio 2020-nin ilk medalını qazandıran İrina Kindzerska cüdo tariximizə düşüb.
Sportline.az xəbər verir ki, 30 yaşlı Kindzerska ölkəmizə Yay Olimpiya Oyunlarının medalını qazandıran ilk qadın cüdoçu olub.
Ona qədər Zülfiyyə Hüseynova(Atlanta 1996 və Sidney 2000), Kifayət Qasımova(Pekin 2008 və London 2012), Ramilə Usubova(London 2012), həmçinin Aişə Qurbanlı(Tokio 2020) Olimpiadalara qatılsa da, çıxışlarını mükafatsız başa vurublar.