Azərbaycan komandası Çempionlar Liqasında ilkə imza atdı

Azərbaycanın “Beerbaşa” komandası minifutbol üzrə Çempionlar Liqasında növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, B qrupunda çıxış edən kollektiv II turda Bolqarıstanın "DXC Technology” klubu ilə qarşılaşıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən "Beerbaşa" avrokuboklarda qələbə və xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tarixinə yazdırıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi B qrupundakı ilk matçında Çexiyanın "La Plata De Künde Praqa" komandasına 1:2 hesabı ilə uduzub.

Banner