Azərbaycan triatlonçusu olimpiya reytinqində 11 pillə irəliləyib

Azərbaycan triatlonçusu Rostislav Pevtsov olimpiya reytinqində 11 pillə irəliləyib.

Sportline.az xəbər verir, buna 35 yaşlı idmançının Çilidə keçirilən Dünya Kubokunun Vina Del Mar mərhələsində 11-ci yeri tutması səbəb olub.

O, hazırda 48-ci sırada qərarlaşıb.

Qeyd edək ki, reytinqdə 55 ən yaxşı idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.