Azərbaycan Ukraynaya məğlub oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıqlarını davam etdirir. SportLine.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri bu gün hazırlıq çərçivəsində növbəti oyuna çıxıblar. Komandamızın rəqibi Ukrayna seçməsi olub.

Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada millimiz məğlub olub - 0:2.

Qeyd edək ki, ötən həftə Bakıda Rusiyanın U-17 komandası ilə üz-üzə gələn Təbriz Həsənovun komandası ilk oyunda rəqibinə 1:5 hesabı ilə uduzsa da, ikinci matçda qələbə qazanıb - 1:0. 

01 mart 2016
Yoxlama oyunu


Azərbaycan (U-17) - Ukrayna (U-17) - 0:2
QOLLAR: 
Oleksiy Kaşşuk, 57 (0:1), 77 (0:2)