Azərbaycan millisi qələbə ilə başladı

19 yaşadək qızlardan ibarət milli komandamız bu gün Avropa çempionatının təsnifat mərhələsində ilk oyununa çıxacaq. Sportline.az xəbər verir ki, komandamız 4-cü qrupda Ukrayna ilə qarşılaşacaq. Albaniyanın "Kamza" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 4-cü qrupun digər görüşündə İspaniya və Albaniya üz-üzə gələcək.

Qeyd edək ki, seçmə mərhələdə öz qrupunda ilk iki yeri tutan komandalar, həmçinin ən yaxşı nəticəyə malik dörd 3-cü yer sahibi elit-raunda vəsiqə qazanacaq.


Azərbaycan - Ukrayna - 2:0
QOLLAR: 
Merve Özdemir, 40. Vüsalə Seyfəddinova, 90+3.
Tirana. Kamza stadionu

18:00. Albaniya - İspaniya