Azərbaycan Yüksək Liqalarında bürünc medal uğrunda oyunlar keçiriləcək

Voleybol üzrə Azərbaycan Yüksək Liqalarında bu gün üçüncü yer uğrunda oyunlar keçiriləcək.

Sportline.az xəbər verir ki, qadınların yarışında "Gəncə" və "Murov Az Terminal" komandaları üz-üzə gələcəklər.

Qarşılaşma saat 15:00-da start götürəcək. İlk görüşdə "Murov Az Terminal" qalib gəlib - 3:1 (25:18, 23:25, 25:18, 25:17).

Kişilərin mübarizəsində isə bürünc medal uğrunda ilk matç baş tutacaq. Saat 17:00-da "Neftçi" və "Xilasedici" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, iki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), qızıl set oynanılacaq.