Azərbaycan Yüksək Liqasında bu gün

Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında I turdan təxirə salınan matç keçiriləcək.

Sportline.az xəbər verir ki, "Gənclər" komandası "Xilasedici" ilə üz-üzə gələcək.

Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 16:00-da start götürəcək.