Azərbaycan Yüksək Liqasında daha bir matç keçiriləcək
Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının III turunda daha bir matç keçiriləcək.
Sportline.az xəbər verir ki, "DH Volley" klubu "Murov Az Terminal"la üz-üzə gələcək.
Görüşə Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 16:00-da start veriləcək.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə UNEC "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib. III tura noyabrın 21-də yekun vurulacaq.