Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında finalçılar müəyyənləşib.
Sportline.az xəbər verir ki, "Azərreyl" və "Milli Aviasiya Akademiyası" kollektivlərinin görüşündə birincilər həlledici mərhələyə yüksəlib.
İlk yarımfinal oyununda 3:2 hesabı ilə qalib gələn "Azərreyl" ikinci matçda eyni hesabla uduzub. Bu səbəbdən cütün taleyi qızıl setdə həll olunub. Burada rəqibini (15:11) üstələyən Paolo Tofolinin rəhbərlik etdiyi kollektiv adını finala yazdırıb.
Digər həlledici mərhələyə vəsiqəni isə "Abşeron" kollektivi əldə edib. Birinci yarımfinal qarşılaşmasında "Gəncə"yə 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi ikinci görüşdə 3:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, "Azərreyl" və "Abşeron" komandaları arasındakı final qarşılaşmaları aprelin 21-24 tarixlərində keçiriləcək.