Azərbaycan Yüksək Liqasında II turun növbəti oyunu keçirilib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turun növbəti oyunu keçirilib.
Sportline.az xəbər verir ki, "Murov Az Terminal"la qarşılaşan "Neftçi" 3:2 hesablı qələbə qazanıb.
Matç Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşündə "Xilasedici" "Ordu" kollektivini 3:0 hesabı ilə məğlub edib.