Azərbaycan Yüksək Liqasında IV tura start verilir

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, turun ilk oyun günündə bir görüş baş tutacaq.

"Milli Aviasiya Akademiyası" "Azərreyl"lə üz-üzə gələcək.

Görüş "Milli Aviasiya Akademiyası"nın idman zalında, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, tura noyabrın 26-da yekun vurulacaq.