Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlar başlanır
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yer uğrunda oyunlara bu gün start veriləcək.
Sportline.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Gəncə” “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək.
Bürünc medal uğrunda ilk görüş saat 15:00-da başlanacaq.
Tərəflər arasında ikinci matç sabah keçiriləcək.
Qeyd edək ki, üçüncü yeri tutacaq komanda iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki görüşdən sonra tərəflər hərəyə bir qələbə qazanarsa, qızıl set oynanılacaq.