Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçirilib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, "Neftçi" MOİK-i 3:0, “Xilasedici” “Azərreyl”i 3:2, "Murov Az Terminal" isə "Gənclər"i 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, hər üç oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.