Azərbaycan Yüksək Liqasında yarımfinalın ikinci oyunları keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunlarına start veriləcək.
Sportline.az xəbər verir ki, "Azərreyl" bu gün "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək.
Bu komandaların ilk görüşündə "Azərreyl" 3:2 hesablı qələbə qazanmışdı.
"Gəncə" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Yarımfinalın ilk matçında "Abşeron" rəqibini üstələmişdi - 3:1.
Qeyd edək ki, hər iki görüş Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. "Azərreyl" - "Milli Aviasiya Akademiyası" matçı saat 15:00-da, "Gəncə" - "Abşeron" görüşü isə 17:00-da başlayacaq.