Azərbaycanda onlayn beynəlxalq turnir olacaq

İyunun 26-da karatenin kata növü üzrə onlayn beynəlxalq turnir start götürəcək.

Sportline.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 3 gün davam edəcək yarış Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunacaq.

Yaxın günlərdə proqramı açıqlanacaq turnir Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.