Azərbaycanda peşəkar boks gecəsi keçiriləcək

Sentyabrın 24-də Şağan Olimpiya Mərkəzində Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi, "MCM Fight Promotion" və "TGA Promotion and Management"in birgə təşkilatçılığı ilə peşəkar boks gecəsi keçiriləcək.

Sportline.az xəbər verir ki, həmin gecədə 16 boksçu müxtəlif çəki dərəcələrində öz gücünü sınayacaq. Yarışda yerli boksçulardan əlavə əcnəbi idmançılar da iştirak edəcəklər.

Gecənin əsas döyüşü azərbaycanlı İsayev Seymur (8-0-0, 6-sı nokaut) ilə pakistanlı Muhammad Bilal (10-2-1, 8-i nokaut ) arasında UBO-nun (Universal Boxing Organization) yüngül çüki üzrə dünya kəməri uğrunda keçiriləcək (UBO light weight World title).

Xatırladaq ki, UBO-nun dünya kəməri üçün ölkəmizdə ilk dəfə olaraq döyüş təşkil olunur.

Azərbaycanlı boksçu qələbə qazanarsa, UBO-nun dünya kəmərini qazanan ilk azərbaycanlı olacaq. Yarış saat 19:00-da başlanacaq.