Azərbaycanda VAR sistemi bu tarixdən tətbiq ediləcək

Azərbaycan futbolunda VAR sistemindən tətbiq olunacaq.

Sportline.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov onlayn formatda jurnalistlərə bugünkü müsahibəsində deyib.

Onun sözlərnə görə, hakimin video assistenti texnologiyasının tətbiqi barədə işlərə bu ilin aprel ayından başlanılacaq: "Növbəti əməkdaşlıq VAR sistemi ilə bağlı olacaq. Bu ilin aprelində VAR sistemi ilə bağlı protokol işlərinə başlayacağıq. Növbəti mövsümə çatdırmayacağıq. Amma 2022/23 mövsümünə çatdıracağıq. Çalışırıq işə düzgün başlayaq ki, problem olmasın”.