Azərbaycanda yeni futbol mövsümü bu tarixdə başlayır

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün start tarixi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının yaydığı açıqlamada bildirilir. Yeni futbol mövsümü avqustun 4-də başlanacaq. Misli Premyer Liqasından bir gün sonra isə AFFA İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.

Yarışların püşkatması və digər detallarla bağlı əlavə məlumatlar veriləcəyi qeyd edilib.

Xatırladaq ki. Premyer Liqada 2022/2023 mövsümünün qalibi "Qarabağ" olub.