Azərbaycandakı idman qurğularının sayı məlum oldu
Azərbaycanda idman qurğularının sayı 11 600-ü keçib.
Sportline.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, indiyədək 40-dan çox müasir Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilib.
2020-ci ildə Neftçala, Goranboy və Yevlaxda Olimpiya İdman Kompleksi, Bakının Qala
qəsəbəsində İdman kompleksinin tikintisi davam etdirilib, Tərtərdə Olimpiya İdman Kompleksi, Yardımlıda isə İdman Kompleksi tikilib istifadəyə verilib.