Azərbaycanın 3 cüdoçusu Avropa çempionatında fəxri kürsüyə qalxıb
Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatının ilk günündə Azərbaycan millisinin 3 üzvü fəxri kürsüyə qalxıb.
Bu barədə Sportline.az-a federasiyadan məlumat verilib.
Nihad Məmişov (-60 kq) və Məhəmməd Musayev (-66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu tituluna yiyələniblər.
Nizami İmranov (-66 kq) isə qitə birinciliyini bürünc medalla tamamlayıb.
Aktivində 2 qızıl və 1 bürünc medal olan yığmamız ümumi komanda hesabında ikinci, kişilər arasında birinci pillədə qərarlaşıb.