Azərbaycanın çimərlik voleybolu komandaları Avropa çempionatına yollanıblar
Azərbaycanın çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak məqsədilə Avstriya və İspaniyaya yola düşüblər.
Azərbaycan Voleybol Federasiyasından Sportline.az-a verilən məlumata görə, U-22 millisi avqustun 14-17-si aralığında Avstriya, U-20 isə avqustun 20-25-i aralığında İspaniyadakı yarışda iştirak edəcək.
Ölkə hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.