Azərbaycanın daha bir boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
Azərbaycan boksçusu Cəlal Qurbanov Xorvatiyanın Poreç şəhərindəki U-22 Avropa çempionatında ikinci döyüşünü keçirib.
Federasiyadan Sportline.az saytına verilən məlumata görə, 63,5 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda finlandiyalı Yere Niemelainenə qalib gəlmiş idmançı bu dəfə sloveniyalı Nik Nikolovla qarşılaşıb. Rəqibini 3:0 (29:27, 29:27, 28:28, 29:27, 28:28) hesabı ilə məğlub edən Qurbanov 1/4 finala adlayıb.
Boksçunun bu mərhələdəki rəqibi ukraynalı İqor Kovtun olacaq. Döyüş martın 19-da baş tutacaq.
Həmin gün yarımfinal uğrunda millinin daha 4 boksçusu – Nicat Hüseynov (51 kq), Ruslan Qədirov (54 kq), Maqsud Xasmetov (57 kq) və Nəbi İsgəndərov (67 kq) da rinqə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatında final döyüşləri martın 23-də keçiriləcək.