Azərbaycanın FIFA referiləri Türkiyə millisinin oyununa təyinat alıblar

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov beynəlxalq təyinat alıblar.

Sportlline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ədalət təmsilçiləri AVRO-2026-nın əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək Türkiyə - Slovakiya oyununu idarə edəcəklər.

Qarşılaşma martın 12-də Türkiyənin Ərzincan şəhərində baş tutacaq.

Matçın birinci hakimi H.Qafarlı, ikinci hakimi K.Əmiraslanov, üçüncü hakimi Ə.Cəbrayılov olacaq.