Azərbaycanın futzal üzrə FIFA referiləri beynəlxalq təyinat alıblar

Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.

Futzal Federasiyasından Sportline.az-a verilən məlumata görə, onlar aprelin 15-də Nikosiya şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.

H.Qafarlı birinci, Ə.Cəbrayılov ikinci, K.Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.