Azərbaycanın millisinin İsveç və Xorvatiya ilə matçlarına təyinatlar açıqlanıb
Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsində aprelin 11-də səfərdə İsveç və bundan 4 gün sonra Bakıda Xorvatiya ilə keçirəcəyi oyunlara təyinatlar açıqlanıb.
Sportline.az Futzal Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.
AVRO - 2026 əsas mərhələ
11 aprel
21:00. İsveç – Azərbaycan
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger (İngiltərə).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
Timekiper: Corc Jansizian (İsveç).
Helsinqborq Arena
15 aprel
20:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous (Kipr).
Hakim-inspektor: Gjergji Bitri (Malta).
Bakı İdman Sarayı