Tokio 2020: Səid Nəcəfzadə bürünc medal qazanıb

Azərbaycanın atletika idman növü üzrə idmançısı Səid Nəcəfzadə Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.

Sportline.az xəbər verir ki, Səid Nəcəfzadə (T12 - uzunluğa tullanma) növü üzrə 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.

Atletika idman növü üzrə digər idmançımız Kamil Əliyev ( T12 - uzunluğa tullanma) növü üzrə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.

Azərbaycanın atletika idman növü üzrə digər idmançısı Oloxan Musayev ( F55 - disk atma) növü üzrə 37.92 metr nəticə göstərərək, yarışı 7-ci pillədə başa vurub.