Azərbaycanın paralimpiya çempionu: "Bizə yalnız qələbə yaraşır"
"Ölkəmizə 5-ci qızıl medalı qazandırdığım üçün çox sevincliyəm".
Sportline.az xəbər verir ki, bunu Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olan Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva deyib.
57 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı digər həmkarlarına da bu anları yaşamağı arzu edib.
63 kq-da paralimpiya çempionu olan Xanım Hüseynova isə qızıl medal görüşünün çətin keçdiyini bildirib: "Şükürlər olsun ki, qalib gəldim. Məşqçilərim sağ olsun. Çox əziyyət çəkdik. Allah əvəzini verdi. Bizə yalnız qələbə yaraşır".