Stolüstü tennisçimiz Xorvatiyada bürünc medal qazanıb

Stolüstü tennisçimiz Xorvatiyada fəxri kürsüyə yüksəlib.

Sportline.az xəbər verir ki, stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb. İstedadlı idmançı Xorvatiyanın Osiyek şəhərində keçirilən “Avropa Gənclər Seriyası” turnirində etimadı doğruldub.

Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışa qatılan Quluzadə Xorvatiya, Macarıstan və Avstriya təmsilçiləri ilə qrup mübarizəsindən lider kimi ayrılıb. Ardınca Polşa və İsveçrə idmançılarına da qalib gələn stolüstü tennisçimiz finalın bir addımlığında Çin əsilli almaniyalı rəqibinə uduzaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, Onur Quluzadə Osiyek sınaqlarında 13 yaşadək idmançılar arasında mübarizə aparıb.