Azərbaycanın U-19 millisi Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək
Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirəcək.
Sportline.az xəbər verir ki, B Liqasının IV qrupunda yer alan yığma Şimali İrlandiya ilə üz-üzə gələcək.
Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq qarşılaşmanı rumıniyalı Roksana Rekorean idarə edəcək.
Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.