Azərbaycanın U-21 komandası Sumqayıtda Estoniyanı qəbul edəcək

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda A qrupunda Estoniyanı qəbul edəcək.

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Azərbaycan yığması 6 oyundan sonra 1 xalla 5-ci pillədə qərarlaşıbsa, 7 matçdan sonra sonuncu - 6-cı sıradakı Estoniyanın xalı yoxdur.

25 mart
AVRO-2023, seçmə mərhələ
19:00. Azərbaycan - Estoniya

Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. "Kapital Bank Arena".

Banner