Azərbaycanın U-21 millisinin seçmə mərhələdəki oyunlarının təqvimi bəlli olub
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.
Sportline.az xəbər verir ki, U-21 görüşlərə bu ilin sentyabr ayında start verəcək.
B qrupunda yer alan yığma ilk olaraq səfərdə Portuqaliya ilə qarşılaşacaq.
Millimizin oyunlarının təqvimi belədir:
05.09.2025. Portuqaliya – Azərbaycan
09.09.2025. Azərbaycan – Bolqarıstan
10.10.2025. Çexiya – Azərbaycan
14.10.2025. Azərbaycan – Şotlandiya
18.11.2025. Cəbəllütariq – Azərbaycan
27.03.2026. Azərbaycan – Portuqaliya
31.03.2026. Bolqarıstan – Azərbaycan
25.09.2026. Azərbaycan – Çexiya
30.09.2026. Şotlandiya – Azərbaycan
06.10.2026. Azərbaycan – Cəbəllütariq