Dünya çempionatı: Azərbaycanın üç cüdoçusu günü medalsız başa vurub

Azərbaycanın 3 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının ilk günündə uğursuz çıxış edib.

Sportline.az xəbər verir ki, onlar yarışı medalsız başa vurublar.

Əhməd Yusifov (60 kq) 1/16 finalda yaponiyalı Ryuju Naqayamaya məğlub olub.

Leyla Əliyeva (48 kq) 1/32 finalda Kurbanay Kurbanovanı (Türkmənistan) üstələsə də, ikinci görüşdə Laura Martinesə (İspaniya) uduzub.

Könül Əliyeva 1/32 finalda Mariya Labordeyə (ABŞ) məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatına 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb. Yığmamız, həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.